Bu gün:

Miçiqan gölündə 4000 illik daş abidə aşkar edilib


Miçiqan gölünün dibində tədqiqatçılar Britaniyadakı Stounhencdən təxminən 4000 il daha qədim hesab edilən daş abidə aşkarlayıblar.

12 metr dərinlikdə biri 12 metr, digəri isə 6 metr diametrində olan iki konsentrik qranit halqa tapılıb. Bu halqalar uzunluğu yarım kilometrə çatan dolama daş xətti ilə bir-birinə birləşdirilib. Daxili halqanın içində süfrə ölçüsündə bir qayanın üzərində təxminən bir metr hündürlüyündə mastodona bənzər fiqur oyulub.

Mastodonlar Şimali Amerikada 11 min ildən artıqdır ki, mövcud deyil. Bu isə o deməkdir ki, relyefin özü nisbətən yeni olsa da, struktura qədim dövrə aid elementlər daxildir.

Hazırda alimlər bu daşların günəşin çıxdığı istiqamətləri göstərib-göstərmədiyini araşdırırlar. Əgər bu təsdiqlənsə, sözügedən abidə Şimali Amerikada ən qədim astronomik təqvim ola bilər.

Mənbə: Another History

Tərcümə etdi: Səid Quliyev 

Paylaş
Şərh əlavə et