
Fenlər yüksək istilik yaydıqları üçün saçlara zərər verə bilər. Buna görə mütəxəssislər lazım olmadıqca bu fenlərdən istifadə etməməyi tövsiyə edirlər. Bir çox insanlar duşdan çıxdıqdan sonra saçlarını dəsmalla sarır, hətta saçlarını dəsmalla sıxırlar ki, əlavə su getsin.
Mütəxəssislər deyirlər ki, yaxşı bilinməsə də, dəsmal çox yaxşı üsul deyil. Saçları dəsmalla bərk-bərk bükmək və bu şəkildə qurutmaq saçların qırılmasına və hətta zəifləməsinə səbəb ola bilər.

Saçınızı düzgün qurutmağın yolları
İlk növbədə, saçınızı qurlamaq üçün qısa müddətə dəsmaldan kömək ala bilərsiniz. Burada vacib məqam dəsmalı saçınızın ətrafına möhkəm sarmamaq olmalıdır. Boş bir şəkildə sarın və bir neçə dəqiqə gözləyin ki, saçınızdakı artıq nəm udulsun.
Sonra saçınızı bir müddət öz başına buraxa bilərsiniz. Yaş halda daranması saçların qırılmasına səbəb olur. Buna görə daramazdan əvvəl bir az qurumasına icazə verin.
Əgər tələsirsinizsə və saçınızı tez qurutmaq lazımdırsa, feni çox isti olmayan bir rejimdə işlədin. Qurutma prosesi fenlə bitdikdən sonra saçınıza serum və ya qidalandırıcı yağ sürtməyi unutmayın.
Mənbə: Hürriyet
Tərcümə etdi: Lamiyə Cənnətzadə
