Bu gün:

Stressin idarə edilməsi


Bugünkü intensiv və təzyiq dolu iş mühiti bir çox insan üçün stresli bir təcrübəyə çevrilib. Mütəxəssislər bildirirlər ki, iş günləri ərzində sakit qalmaq və streslə effektiv mübarizə aparmaq həm məhsuldarlığı artırır, həm də psixi sağlamlığı qoruyur. Aşağıdakı üsullar gündəlik ofis həyatında daha balanslı qalmağın yolları kimi tövsiyə edilir.


Vaxtın idarə olunması ön plandadır

Vaxtın düzgün idarə edilməsi stresin qarşısını almaqda mühüm rol oynayır. Gün ərzində prioritetləri müəyyənləşdirmək və işləri planlı şəkildə icra etmək tövsiyə olunur. Bunun üçün “görüləcək işlər siyahısı” tərtib etmək və “Pomodoro” texnikası ilə fasiləli işləmək faydalı ola bilər.


Nəfəs məşqləri və meditasiya stressi azaldır

Sıx iş rejimində qısa nəfəs məşqləri və gündəlik meditasiya zehnin sakitləşməsinə kömək edir. Sadə şəkildə nəfəsi dərin alıb 4 saniyə saxlayaraq sonra buraxmaq rahatlamağa şərait yaradır. 5-10 dəqiqəlik meditasiya da gün ərzində enerjini bərpa edə bilər.


Fiziki aktivliyə laqeyd yanaşmayın

Hətta ofisdə belə sadə fiziki hərəkətlər faydalı ola bilər. Qısa gəzintilər qan dövranını artırır, dartınma hərəkətləri isə əzələ gərginliyini azaldır. Nahar fasiləsində təmiz havada gəzmək tövsiyə edilir.


Sağlam qidalanma vacib amildir

Stresi azaltmaq üçün düzgün qidalanma da əsas rol oynayır. Meyvə, tərəvəz və omeqa-3 tərkibli qidalar (qoz, badam və s.) sinir sistemini gücləndirir. Gün ərzində kifayət qədər su içmək yorğunluq və gərginliyin qarşısını alır.


Sosial əlaqələr güclü dəstək verir

Həmkarlarla ünsiyyət iş stresini azaltmaqda təsirli ola bilər. Kofe fasiləsində edilən qısa söhbətlər motivasiyanı artırır. İş yerində dəstək qruplarının yaradılması isə daha sağlam kollektiv mühiti formalaşdırır.


Texnologiyadan düzgün istifadə vacibdir

Uzun müddət ekrana baxmaq zehni yorur. Fasilələr zamanı ekrandan uzaq durmaq və gözlərə istirahət vermək tövsiyə olunur. Eyni zamanda, rəqəmsal detoks, yəni müəyyən zamanlarda texnologiyadan uzaqlaşmaq zehni rahatladır.


Özünüzə vaxt ayırın

İşdən sonra sevimli bir kitab oxumaq, musiqi dinləmək və ya hobbilərlə məşğul olmaq gərginliyi azaldır. Bütün bu fəaliyyətlər stressi idarə etməyə və gündəlik həyata balans gətirməyə kömək edir.

Mütəxəssislər vurğulayırlar ki, iş həyatındakı stressi azaltmaq üçün gündəlik kiçik addımlar böyük fərq yarada bilər. Sakitlik, diqqətli yanaşma və sağlam vərdişlər ofisdə daha rahat və uğurlu mühitin formalaşmasına imkan verir.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et