Bu gün:

Merz: ABŞ-nin gömrük rüsumları ölkəmizə dərindən təsir edəcək


Almaniya kansleri Fridrix Merz, ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı (Aİ) üçün elan etdiyi 30 faizlik gömrük rüsumlarının tətbiq olunacağı təqdirdə, bunun Almaniya iqtisadiyyatına ciddi təsir göstərəcəyini bildirib.

Merz, ARD televiziyasına verdiyi açıqlamada deyib:

 “Əgər belə bir vəziyyət yaranarsa, iqtisadi siyasət sahəsindəki səylərimizin böyük hissəsini kənara qoymalı olacağıq. Çünki bu, hər şeyi kölgədə qoyacaq. Almaniyanın ixrac yönümlü iqtisadiyyatına dərindən təsir edəcək”.

Belə ölçüdə gömrük rüsumlarının tətbiq edilməməsi üçün səfərlər etdiyini qeyd edən Merz əlavə edib:

 “Bunun üçün iki şey vacibdir: Avropa İttifaqı daxilində birlik və ABŞ Prezidenti ilə məntiqli danışıqlar”.

Merz, 1 avqusta qədər qalan 2,5 həftənin bu məsələ ilə bağlı həll yolunun tapılması üçün dəyərləndirilməli olduğunu və bu istiqamətdə həqiqətən intensiv çalışdığını vurğulayıb.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Nuray Əliyeva

Paylaş
Şərh əlavə et