Bu gün:

Yuxuda yağış yağdığını görmək nə anlama gəlir?


Yuxuda yağış görmək xeyirli və gözəl yuxu kimi yozulur. Yuxuda yağış yağdığını görmək həyatınıza bolluğun və bərəkətin gələcəyinə işarə edir. Bu yuxu məzmununa görə müxtəlif yozulur.

Yuxuda yağış yağdığını görmək nə deməkdir?

Yuxuda yağış yağdığını görmək yuxu görənin hansısa işdən uğurla çıxacağına işarədir. Eyni zamanda bu, uğurlu bir dövrə səbəb ola bilər. Gələcəklə bağlı heç bir narahatlıq keçirmədən maddi və mənəvi cəhətdən rahat və dinc bir həyat sürməyə işarə ola bilər. 

Yuxuda leysan yağışı görmək nə deməkdir?

Yuxuda leysan şəkildə yağış yağdığını görmək çətin günləri arxada qoyaraq çox əhəmiyyətli bir işin öhdəsindən uğurla gələcəyinizə işarədir. Qısa zamanda maddi və mənəvi cəhətdən zənginləşib rahatlıq tapacağınız bir dövrə girirsiniz. Yuxusunda leysan yağışı görən insan iş həyatındakı uğurları ilə çox əhəmiyyətli gəlirlər qazanacaq. 

Yuxuda insanın üstünə yağış yağdığını görmək

Yuxuda yağışın üzərinizə yağdığını görmək yuxu görənin ömrü boyu kürəyinin yerə dəyməyəcəyinə işarədir. Eyni zamanda arzuladığı bir çox şey gerçəkləşir. Maddi cəhətdən rahatlayacağınıza və yaxşı bir dövrə girəcəyinizə işarədir. Yuxu sahibi bu dövrdəki imkanlarından yaxşı mənada istifadə edərsə, qısa zamanda əhəmiyyətli bir mülkə sahib ola bilər.

Yuxuda yalnız öz evinizdə yağış yağdığını görmək

Yuxuda yağışın yalnız öz evinizə yağdığını görmək evə bolluq və bərəkətin gələcəyinə işarədir. Eyni zamanda bu yuxu çətin günləri geridə qoyacağınıza işarə edir. Maddi və mənəvi çətinlikləri sona çatacaq. Həmçinin çox yaxşı xəbərlər ala bilərsiniz.

Yağışda islanmaq

Yağış altında islanmağı yuxuda görmək müsbət mənada yozulmur. Bu yuxu, adətən, yaxın gələcəkdə kədərli xəbər alacağınıza işarə edir. Amma həm də yuxuda yağış altında islanmaq sağlamlıq, rifah və bol gəlir deməkdir. Həmin insan xəstədirsə, qısa müddət ərzində əvvəlki sağlamlığına qovuşacaq. Bir insan yuxuda yağışın altında qaçırsa, işlərinin pisləşəcəyinə işarədir.

Qırmızı yağışı xəyal etmək

Yuxuda qırmızı yağışı görmək həyatınızda möcüzə adlandıracağınız bəzi inkişafların olacağına işarə edir. Həmin insan öz əzmi və qətiyyəti ilə çox çətin işin öhdəsindən gələ bilər. Eyni zamanda bu yuxu həyatınızda çox köklü bir dəyişiklik etməyə qərar verəcəyiniz anlamına gələ bilər. 

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et