Avropa İttifaqı (Aİ) və Meksika ABŞ Prezidenti Donald Trampın 1 avqustdan etibarən onların idxalına 30%-lik rüsum tətbiq edəcəyi hədəsinə məyusluq ifadə ediblər.
Meksika Trampın “ədalətsiz razılaşma”-sını tənqid edib və öz suverenliyinin danışıla bilməz olduğunu bildirib. Aİ-nin rəhbəri Ursula fon der Lyayen isə ehtiyac olarsa, “müvafiq cavab tədbirləri” görəcəklərini deyib. Hər iki tərəf ABŞ ilə danışıqları davam etdirmək istədiklərini vurğulayıb.
Tramp isə ABŞ-nin bu ticarət tərəfdaşları cavab addımları atsalar, daha yüksək idxal vergiləri tətbiq edəcəyi ilə hədələyib.
Bu həftə Tramp gələn aydan etibarən Yaponiya, Cənubi Koreya, Kanada və Braziliyadan idxal olunan mallara da yeni rüsumlar tətbiq ediləcəyini elan edib.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
