Bu gün:

“Əksər vaxtlarda agentlik xəbərin ilk istehsalçısı sayılır“


24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı jurnalist Səid Qəribdir. O, xəbər agentliklərində işləmək üçün müəyyən bacarıqlardan danışıb.

-Xəbər agentliklərində(xüsusilə, böyük xəbər agentliklərində) işləmək hansı bacarıqları tələb edir?

Böyük xəbər agentliklərində çalışmaq üçün ilk olaraq mediada müəyyən mərhələləri adlamağın az da olsa, lazım olduğunu düşünürəm. Çünki mətbuatda ilk qədəmlərini qəzet və ya iri olmayan media subyektlərində atan şəxs burada müəyyən bilik və bacarıqlara, işindən ötrü yeni-yeni əlaqələrə, ən əsası xəbər duyumuna yiyələnir. Bilik və bacarıqlarını, xəbər duyumunu zamanla təkmilləşdirən, müxtəlif mənbələrlə əlaqələr quran şəxsin informasiya agentliklərində işləməsi onun üçün çətin olmayacaq. Çünki böyük xəbər agentliklərində çalışmaq üçün dəqiqlik və operativliklə yanaşı, xəbər duyumunun yüksək olması və mənbə əlaqələrinin geniş olması əsas şərtlərdəndir. Böyük xəbər agentlikləri dəqiqliklə yanaşı, operativlik tələb edən media subyektlərindəndir. Yəni burada çalışan media nümayəndəsi istehsal edəcəyi xəbəri dəqiq yazmaqla yanaşı bunu həm də operativ şəkildə təqdim etməlidir. Çünki əksər vaxtlarda agentlik xəbərin ilk istehsalçısı sayılır və həmin xəbər işıq sürətilə yayılır. Buna görə də böyük xəbər agentliklərində çalışmaq istəyən media nümayəndələri əsas bu tələblərin fonunda daha məsuliyyətli olduqlarını dərk edirlər.

Sayad Qoşnalıyeva


Paylaş
Şərh əlavə et