Bu gün:

Avstraliya Çində ticarətin əsas mövzu olduğunu bildirib


Avstraliyanın Baş naziri Entoni Albanese bu həftəsonu Çinə səfər edəcək və prezident Si Cinpinlə görüşəcək. Səfərin məqsədi Kanberranın ən böyük ticarət tərəfdaşı ilə əlaqələri gücləndirməkdir.

Baş nazirin altı günlük səfəri üç şəhəri - Pekin, Şanxay və Çendunu əhatə edəcək və əsas diqqət regional təhlükəsizlik və ticarət məsələlərinə yönələcək.

“Dövlətim Çinlə mümkün olduqca əməkdaşlıq edəcək, zəruri hallarda fikir ayrılıqlarını bildirməyə davam edəcək və milli maraqlarımız naminə dialoqu davam etdirəcək” , - deyə Albanese bəyanatında bildirib.

Bu, Albanese-nin Çinə ikinci rəsmi səfəri olacaq, lakin may ayında yenidən seçildikdən sonra ilk dəfədir. Səfər dünya ölkələrinin ABŞ prezidenti Donald Tramp-ın “Əvvəl Amerika” siyasətləri, o cümlədən tariflərlə bağlı mövqelərini müəyyənləşdirdiyi bir dövrə təsadüf edir.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et