İsrailin yüksək rütbəli rəsmisinin sözlərinə görə, İsrail hesab edir ki, İran ötən ay ABŞ qüvvələri tərəfindən vurulan üç obyektin birinin altında basdırılmış zənginləşdirilmiş uranı bərpa edə bilər.
ABŞ jurnalistlərinə danışan rəsmi bildirib ki, İsfahanda zənginləşdirilmiş urana çatmaq son dərəcə çətin olacaq və belə bir cəhd İsrailin yeni zərbələrinə səbəb ola bilər.
Donald Tramp dəfələrlə iddia edib ki, iyun ayında ABŞ-ın İrana endirdiyi hava və raket zərbələri ölkənin nüvə obyektlərini “yox edib”. Lakin bəzi ABŞ kəşfiyyat agentlikləri bu məsələyə daha ehtiyatla yanaşır.
İran nüvə silahı hazırlamaq niyyətində olduğunu inkar edir və bildirir ki, uranın zənginləşdirilməsi yalnız dinc məqsədlər üçündür.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
