Bu gün:

Rusiya Kiyevə ölümcül dron və raket hücumu edib


Ukraynanın paytaxtı Kiyev gecə saatlarında Rusiyanın genişmiqyaslı hücumuna məruz qalıb. Prezident Volodimir Zelenski bildirib ki, hücum nəticəsində azı 2 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.

Zelenskinin sözlərinə görə, hücum zamanı 18 raket və təxminən 400 pilotsuz uçuş aparatı (PUA) istifadə olunub, əsas hədəf isə paytaxt Kiyev olub.

Kiyev şəhər rəhbərliyi məlumat verib ki, PUA qalıqları şəhərin mərkəzində yerləşən Şevçenko rayonunda yaşayış binasının damına düşüb və şəhər boyunca yanğınlar baş verib.

Şəhər sakinlərinin yuxusu üç saat ərzində pozulub - PUA-lar və raketlər paytaxta hücum edib, hava hücumundan müdafiə sistemləri işə düşüb, partlayış səsləri eşidilib. Sosial şəbəkələrdə yayılan, lakin hələ BBC tərəfindən təsdiqlənməyən görüntülərdə gecə səmasında partlayışlar əks olunub.



Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et