Bu gün:

Tramp tarifləri təxirə salır, dünya isə sərt yanaşır


Donald Trampın Ağ Evi ABŞ prezidentinin “qarşılıqlı” adlandırdığı tarifləri qismən tətbiq etdikdən sonra təntənəli şəkildə “90 günə 90 razılaşma” vəd edib.

Əslində isə, Trampın ilk son tarixi olan 9 iyula çatdıqda, doqquz razılaşmanın belə əldə olunmadığı məlum olacaq.

Burada maraqlı olan məqam - əgər poker terminologiyası ilə desək, “verilən siqnal” - son tarixlərin çərşənbə günündən 1 avqusta qədər uzadılmasıdır və bu müddətin yenidən uzadılması və ya gecikdirilməsi ehtimalı da var.

ABŞ-ın baxış bucağından, Maliyyə naziri Skott Bessent deyir ki, bütün diqqət ABŞ-ın ticarət kəsirinin 95%-nə cavabdeh olan 18 ölkəyə yönəlib.

Bu həftə ABŞ-dan ticarət tərəfdaşlarına göndərilən rəsmi məktublar sadəcə olaraq o məşhur Ağ Evdəki “Azadlıq Günü” adlı mavi lövhənin yenidən ortaya çıxmasıdır.

2 apreldə açıqlanan tarif dərəcələri demək olar ki, eynidir. Ticarət kəsirinin ölçüsünü “bütün ticarət fırıldaqlarının cəmi” kimi təqdim edən və məşhur olan tənlik bu dəfə bir qədər dəyişmiş formada hələ də yaşayır.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et