İsrailin müdafiə naziri bildirib ki, orduya Qəzzadakı bütün fələstinliləri ərazinin cənubunda yerləşəcək bir düşərgəyə köçürmək planı hazırlamaq tapşırılıb. Bu barədə İsrail mediası xəbər verir.

İsrail Kats bazar ertəsi jurnalistlərə deyib ki, o, Rəfah şəhərinin dağıntıları üzərində təxminən 600 min fələstinlini yerləşdirmək üçün bir “humanitar şəhər” yaratmaq istəyir. Daha sonra isə bu şəhərin 2,1 milyon əhalini əhatə etməsi planlaşdırılır.
O bildirib ki, məqsəd insanları təhlükəsizlik yoxlamasından sonra içəri buraxmaq və onların HƏMAS üzvü olmadığından əmin olmaqdır. İçəri daxil olanlara isə ərazidən çıxmağa icazə verilməyəcək.
Əgər şərait imkan versə, İsrail və HƏMAS arasında razılaşdırılmağa çalışılan 60 günlük atəşkəs dövründə tikinti işlərinə başlanıla bilər.
Bir israilli insan haqları vəkili isə bu planı “bəşəriyyətə qarşı cinayət” adlandıraraq sərt şəkildə tənqid edib.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
