Bu gün:

D.Tramp: "Ukraynaya silah veriləcək"


Donald Tramp bildirib ki, keçən həftə Vaşinqtonun Ukraynaya bəzi vacib silah tədarükünü dayandıracağını elan etməsinə baxmayaraq, ABŞ Ukraynaya daha çox silah göndərəcək.İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş zamanı Tramp Rusiya Prezidenti Vladimir Putindən “məmnun olmadığını” və Ukraynanın “çox güclü hücumlara məruz qaldığını” söyləyib.

O, həmçinin ABŞ-ın əsasən “müdafiə silahları” göndərəcəyini qeyd edib.

Keçən həftə dayandırıldığı bildirilən silahlar arasında “Patriot” hava hücumundan müdafiə sistemləri və yüksək dəqiqlikli artilleriya mərmiləri də olub. Ukrayna Prezidenti Volodimir Zelenski bu silahların göndərilməsinin davam etdirilməsini istəyərək, ABŞ-ın “Patriot” sistemlərini “həyatın əsl qoruyucuları” adlandırıb.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et