Bu gün:

Paltar kombinini necə etmək lazımdır?


Geyim tərzinin insanın şəxsiyyətini və duruşunu əks etdirdiyi deyilir. Ancaq, təəssüf ki, bəzən nə geyinəcəyimizdə və paltar uyğunluğu etməkdə çətinlik çəkə bilərik.  Geyim kombinasiyanı hazırlamaq üçün ən əsas üsullar vardır.


Qüsursuz geyim kombinasiyası yaratmaq üçün seçdiyiniz paltarın rənglərinə, həmçinin onların forması, naxışına, tikişi və hətta aksesuar detallarına diqqət yetirməlisiniz. Əvvəlcə, rəng kombinlərini etməklə işə başlamaq lazımdır. Çünki rəng mövzusu, bir-biri ilə uyğunlaşan tonları bilməklə yanaşı, ton və kontrast kimi anlayışlarları da əhatə edir.

Daha yaxşı geyim tərzi yaratmaq istəyirsinizsə, bu üsulları bilmək vacibdir:


Rəng seçimi

– Açıq boz, krem və qəhvə tonlarını bir-biri ilə uyğunlaşdıra bilərsiniz.

– Geyiminizdə eyni rəngin olmasına yol vermək olmaz. Məsələn geyiminizin tamamilə qəhvəyi olmasından  çəkinmək lazımdır.

– Geyiminizdə isti-sarı, narıncı, qırmızı, çəhrayıvə ya soyuq -mavi, yaşıl, bənövşəyi rəngləri uyğunlaşdırarkən eyni zamanda canlı tonlardan istifadə etmək gərəklidir. 


Aksesuar üstünlükləri

– Geyiminizdə, ayaqqabınızda və çantanızda gümüş, qızıl və ya çəhrayı qızılı metal aksesuarlar varsa, paltar və zinət əşyalarınız üçün eyni rəngi seçərkən diqqətli olmalısınız.


Ayaqqabı, kəmər və çanta seçimi

Ayaqqabı, kəmər və çantanızın rəngi bir-birindən fərqli ola bilər. Parça ayaqqabılar, mat dəri kəmərlər, parça çantalar, dəri ayaqqabılar, laklı dəri kəmərlər, laklı dəri çantalar, dəri ayaqqabılar və dəri kəmərlər geyim tərziniz üçün əla kombinasiya olacaq.


Mənbə: beymenblog

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et