Bu gün:

Azad edilmiş HƏMAS girovu: "Tramp hələ də Qəzzada girov saxlanılanları geri qaytara bilər"


HƏMAS tərəfindən girov götürülmüş amerikalı-israilli Keith Siegel BBC-yə bildirib ki, ABŞ Prezidenti Donald Tramp Qəzzada hələ də girov saxlanılanların azad edilməsini təmin edə və oradakı müharibəni sona çatdıra bilər.

66 yaşlı Siegel 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumları zamanı Kibbutz Kfar Aza-dan qaçırılıb. O, 484 gün girovluqda qaldıqdan sonra, Trampın hakimiyyətə gəlməsindən əvvəl vasitəçilik etdiyi atəşkəs razılaşması sayəsində bu fevral ayında azad olunub.

Siegel həyat yoldaşı Aviva ilə birlikdə qaçırılıb. Aviva 51 gün girovluqda qaldıqdan sonra əvvəlki atəşkəs zamanı azad edilib.

Tel Avivdə müsahibəsində Siegel Trampa öz azadlığı üçün təşəkkür edib və bildirib ki, prezident eyni şəkildə hələ təxminən 50 nəfər olan girovun onlardan təxminən 20-nin sağ olduğu güman edilir, azad olunmasını təmin edə bilər. Müsahibə İsrail Baş naziri Benyamin Netanyahu ilə Tramp arasında Birləşmiş Ştatlarda planlanan görüşdən əvvəl verilib.

Mənbə: BBC news

Tərcümə.etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et