Bu gün:

Ən çalışqan canlılar - Qarışqalar


Qarışqalar 100 milyon ildən artıqdır ki, Yer kürəsində yaşayırlar. Planetin demək olar ki, hər yerində qarışqaları görə bilərsiniz. 2006-cı ilə qədər 11880 qarışqa növü müəyyən edilmişdir ki, onların da əksəriyyəti isti iqlimlərdə yaşayır.

Qarışqalar koloniyalarda yaşadıqları üçün sosial həşəratlardır.

Qarışqanın xüsusiyyətləri

Qarışqaların davranışında çox müxtəliflik var. Qarışqaların ölçüləri 2 ilə 25 millimetr arasında dəyişir. Onların rəngi fərqli ola bilər, əksəriyyəti qırmızı və ya qaradır, lakin digər rəngli qarışqa növləri də mövcuddur.

Qarışqaların davranışı

Qarışqalar heyvanlar aləmində ən uğurlu həşərat qruplarından biridir. Onlar sosial həşərat və koloniyalarda yaşaması xüsusi maraq doğurur. İşğalçı qarışqa növlərinin koloniyaları bəzən çox böyük bir əraziyə yayılmaq üçün birlikdə işləyə və çox böyük koloniyalar meydana gətirə bilər. Qarışqa koloniyaları bəzən super orqanizmlər kimi təsvir edilir.

Qarışqalar yer üzündə demək olar ki, hər bir torpaq parçasını koloniyalaşdırıblar. Onlar tropik meşələrin ümumi heyvan biokütləsinin 15%-ni təşkil edir; Amazondakı qarışqaların ümumi çəkisinin eyni bölgədəki dörd ayaqlılarınkından dörd dəfə çox olduğu deyilir. Bundan əlavə, bütün qarışqaların ümumi çəkisinin yer üzündəki hazırkı insan çəkisindən çox ola biləcəyi təxmin edilir.

Mənbə: türkiyeyabanhayatı

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et