21 aylıq müharibədən sonra Qəzzada yeni atəşkəs elanının veriləcəyi ilə bağlı ümidlər artır. İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp'la görüşür.

Tramp daha əvvəl jurnalistlərə bildirib ki, Netanyahuya münaqişəyə son qoymaq məsələsində “çox qətiyyətli” yanaşıb və “bu həftə bir razılaşmanın əldə olunacağını” düşündüyünü deyib.
İsrailin Baş naziri təyyarəyə minməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada tərəflər arasında razılaşdırılmış şərtlərlə müzakirə olunan razılaşmanın əldə olunması üçün çalışdıqlarını bildirib. O, həmçinin ABŞ Prezidenti Donald Tramp'la aparılan danışıqların bu məqsədə çatmaqda mühüm rol oynayacağına inandığını vurğulayıb: “Prezident Tramp'la aparılan danışıqların bu nəticənin əldə olunmasına, hansı ki, hamımız bunu arzulayırıq, töhfə verəcəyinə inanıram".
ABŞ-nin vasitəçiliyi ilə irəli sürülmüş 60 günlük atəşkəs və girovların azad olunması təklifi ilə bağlı İsrail və HƏMAS arasında dolayı danışıqlar bazar günü axşam Qətərdə yenidən başlayıb. Danışıqların məqsədi tərəflər arasında razılaşma əldə edərək bölgədə gərginliyi azaltmaq və humanitar vəziyyəti yaxşılaşdırmaqdır.
Lakin razılaşmanın əldə olunmasına uzun müddət mane olan əsas fikir ayrılıqlarının aradan qaldırılıb-qaldırılmayacağı hələlik bəlli deyil.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
