
Tarixi proses boyu tac taxmaq şərəfin ən ənənəvi forması olmuşdur. Tac qədim zamanlardan güc, qanunilik, qələbə, şərəf və şöhrəti təmsil etmiş, həm də müəyyən hüquqların və sosial statusun simvoluna çevrilmişdi. Taclar, adətən, nadir, qiymətli və çox bahalı materiallardan hazırlanır, monarxiya, royalti və suverenliyi simvolizə edir, hakim gücün, hökumətin və ya onun icazə verdiyi əşyaların emblemi kimi. Tac taxmaq tarix boyu şərəfin ən ənənəvi forması olsa da, tacın verilməsi şərəfi rəsmi və hətta ictimai simvolik bir hərəkətə çevirmişdir.
Neolit dövrünün sonlarına, ovçu-yığıcı əcdadlarımızın məskunlaşmağa başladığı, bəzi insanların isə rəhbər, bələdçi, idarəçi və ya padşah kimi ayrıldığı zamanlara aid olan kral tacları hakimiyyət, güc və suverenlik simvoluna çevrilmişdir. Tacların üzərinə buynuz, fil sümüyü, yal və lələk kimi o gün mümkün olan ən prestijli və ən nadir materiallardan hazırlanmış, ən nadir qiymətli daşlar qoyulmuşdur. Güc, əzəmət, ölümsüzlük və kral ailəsinin xalq üzərində hökmranlığını təmsil edən taclar bu illər ərzində həm də qiymətli metallardan tapıla bilən ən nadir daş-qaşlarla bəzədilib. Taclar Qədim dövrlərdə hökmdarları göstərmək üçün müxtəlif mənalarda istifadə edilən qaş bandı şəklində də görülmüşdür. Qədim dövrlərdə tac Allahla padşah arasındakı əlaqəni simvolizə edirdi. Tac Şumer, Akkad, Babil və Assuriya kimi digər Mesopotamiya sivilizasiyalarında geniş şəkildə istifadə edilmişdir. O, padşahlara verilmiş ilahi gücü onların hamısında ifadə etmişdir. Hetlər də Babil taclarından ilhamlanaraq- nümunələrdən istifadə edərək digər Mesopotamiya cəmiyyətləri kimi təbiəti və təbiət qüvvələrini müqəddəsləşdirərək onlara ilahi dəyər qatmış, tacların üzərindəki buynuzların sayı ilə Tanrıların iyerarxik nizamını göstərməyə çalışmışlar.
Mənbə: t24.com.tr
Tərcümə etdi: Məryəm Abdullazadə
