Biz iş üslublarının və biznes sektorlarının gündən-günə dəyişdiyi bir dövrdə yaşayırıq. İnfluencerlik qısaca olaraq yeni terminlərin həyatımıza daxil olduğu müasir dünyada sosial media üzərindən məhsul marketinqi üçün təcrübələrin ötürülməsidir. İnfluencer marketinqi sosial medianın açarıdır. Bu vəziyyət sosial media ilə iş aparan peşələr üçün daha da aktuallaşıb.
Nümunələr Instagram vasitəsilə irəliləsə də, siz bu addımları digər sosial media platformalarında da tətbiq edə bilərsiniz.
1) İş markanızı yaradın

Öz brendinizi və iş yerinizi yaratmaq məzmun istehsal edərkən daha original olmağa imkan verəcək. Başqasının təsiri altına düşə bilərsiniz, ancaq iş şəraitinizi başqalarının etdiklərinə uyğunlaşdıra bilməzsiniz. Öz brendinizlə originallığınız ortaya çıxacaq və işiniz unikal olacaq.
2) İş qrafikinizi düzgün qurun

İzləyicilərinizlə əlaqə saxlamaq üçün daim sosial media hesablarında olmağınıza ehtiyac yoxdur. Düzgün vaxt tənzimləməsi ilə özünüzə ayırmağa da vaxtınız olmalıdır. Məzmun istehsal edərkən və onu izləyicilərinizə təqdim edərkən bunları da nəzərə almalısınız. Hər şeyi bir anda görmək izləyiciləriniz üçün cəlbedici olmayacaq və sizin üçün də yorucu olacaq. Dəqiq vaxt qrafiki yaradın və ona əməl edin.
3) Ardıcıl məzmun göndərin

Vaxt tənzimlənməsindən sonra qeyd edilməli olan şey "məzmundakı ardıcıllıq" olacaqdır. Davamlı izləyicilər yaratmaq üçün ardıcıl məzmunlu müntəzəm cədvəl yaratmaq vacibdir.
4) İnsanlarla əməkdaşlıq edin

Brendlər satışlarını və ya auditoriyalarını artırmaq üçün insanlarla əməkdaşlıq edir. Eyni satış taktikasını öz markanız üçün də tətbiq edə bilərsiniz. Bu, çevrənizi genişləndirmək üçün yaxşı bir üsul olacaq və auditoriyanıza fərqli nəfəs qatacaq.
5) Hashtaglardan istifadə etməyi vərdiş edin

Sosial medianın ən əsası foto və videolardır. Markanıza uyğun şəkillərin altındakı diqqətəlayiq hashtaglarla işinizi daha keyfiyyətli edə bilərsiniz. Sizi izləməyənlərin sizə çata bilməsi üçün hashtaglardan istifadə müsbət təsir göstərəcək. Tədqiqatlar 5-7 hashtagın paylaşılmasının tanınmaya böyük təsir etdiyini müşahidə etdi. O aşkar edib ki, təsvirlərin altına hashtaglar əlavə edildikdə bəyənmələr 70%, şərhlər isə 392% artıb.
Mənbə: ceotudent.com
Tərcümə etdi: Fidan Abdullayeva
