Dünyanın ən dəhşətli paranormal hadisələrinin yaşandığı 5 sirli yeri təqdim edirik.
1. Overtoun körpüsü, Şotlandiya

İşarəni ilk baxışdan anlaya bilməyəcəksiniz, gəlin dərhal aydınlaşdıraq. Şotlandiyanın West Dunbartonshire bölgəsindəki Milton yaxınlığında yerləşən bu körpü itlərin intiharları ilə tanınan bir yerdir, buradan keçən hər bir it müəmmalı şəkildə körpüdən atılaraq intihar edir. Daha doğrusu, tullanmayıb ölən itlərin yenidən çıxıb intihar etdiyi müşahidə olunub. Bu intiharların səbəbinin Overtoun qalasındakı pis ruhların lənəti olduğu düşünülür. İlk dəfə 1950-ci illərdə görülən bu intiharların səbəbi hələ də açılmayıb.
2. Jazirat Al Hamra Town, Birləşmiş Ərəb Əmirlikləri
Əsası 14-cü əsrdə qoyulan şəhər 1968-ci ildə qəfil tərk edilib. Hazırda qəsəbədə 13 məscid və 300-dən çox ev var. Şəhər sakinlərinin niyə getdiyi barədə dəqiq məlumat olmasa da, ən çox qəbul ediləni onların kabuslar tərəfindən qovulduqlarıdır. Qəsəbəni ziyarət edən insanların evlərin içindən inilti səsləri eşitdiyi, qəsəbədə yaşayan cinlərin də heyvan qiyafəsində olduqları, birdən-birə peyda olduğu, sonra isə yoxa çıxdığı qeyd edildi. Şəhərdəki bu qəribə səslərə əlavə olaraq, insanların gördükləri tükürpərtici mənzərələrin sirri hələ də aşkar edilməyib.
3. Chaonei No:81, Çin

Əvvəlcə dil məktəbi kimi tikilən Chaonei daha sonra kilsəyə çevrildi və onun son sahibi 1949-cu ildə Çin Milli Partiyasının rəsmisi idi. Binanın mənşəyi hələlik məlum deyil, lakin sonuncu sahibi olan partiya rəsmisinin təcrübəsi binanı daha da dəhşətli edib. Kişi arvadını bu evdə qoyub Tayvana qaçıb və bir müddət sonra qadın kədərindən özünü bu evdə asıb. Bu hadisədən sonra binadan müxtəlif səslər və qışqırıqlar eşidən 3 inşaat işçisi baxmaq üçün içəri girsə də, bir daha çölə çıxa bilməyib. Qonşuluqda hamı deyir ki, bu ruh indi də evi təqib edir və məlumdur ki, o 3 inşaatçıdan başqa bura bir neçə evsiz də girib və onları bir daha görən olmayıb.
4. Banff Springs Hotel, Kanada

Kanadanın ən böyük otellərindən biri olan bu otel "sehrli otel" kimi tanınır və qorxunc hekayəsinə baxmayaraq, məşhur istirahət mərkəzi kimi xidmət edir. Bu otellə bağlı kifayət qədər hadisə var. Bunlardan birincisində bal zalında rəqs edərkən gəlinlik ətəyi yanan gəlin alovdan qaçarkən pilləkənlərdən yıxılaraq boynu sınıb. Həmin gündən sonra gəlinlikdən yüngül yanıq iyi gəldiyi qeydə alınıb. Bundan əlavə, bir çox müştərilər səlahiyyətlilərə nərdivanlarda ağ qaranlıq ləkə olduğunu bildirdilər.
5. Point Hicks Lighthouse, Avstraliya

Mayakın gözətçisi Robert Qreys Kristoferson bir gecə qəflətən yoxa çıxır və uzun axtarışlara baxmayaraq onu tapmaq mümkün olmur. 1-2 ildən sonra yeni mayak gözətçisi gecələr mayakda tək olduğuna əmin olsa da, pilləkənlərdən gələn ayaq səslərini eşidir. Çox yavaş-yavaş yuxarı qalxan adamın ayaq səsləri... Sonra mayak ətrafında gəzməyə başlayanda qapının tutacaqlarının cilalandığını görür. O vaxtdan bəri Kristoferson müntəzəm olaraq mayakda olur, ziyarətçilərin bəziləri ayaq səslərini eşidir və hələ də qapının tutacaqlarını sındırırlar. Sirr hələ də açılmayıb
Mənbə: Onedio.com
Tərcümə etdi: Fidan Əlizadə
