Bu gün:

Ürək yoxsa beyin sevir?


Sevgi həmişə ürəyin bir funksiyası olaraq görülüb, lakin elm adamları sevginin beynin işi olduğunu iddia edirlər. 

Son iyirmi ildə aparılan elmi araşdırmalar sevginin hər mərhələsində beynin davranışlarını ortaya qoyur. Amerika elmi jurnalında dərc olunan araşdırmaya görə, ilk görüş zamanı iki insanın beyni digər insanın cazibədar olub-olmadığına saniyənin 200-də birində qərar verir. Araşdırmaya görə, insanların qərar qəbul etməsində fiziki xüsusiyyətlər həlledicidir. Araşdırmada müəyyən kimyəvi maddələrin beyində dövranının insanın kimsə xoşuna gələndə sürətləndiyi müəyyən edilib.

• Nəticədə, beyin hüceyrələrinin ünsiyyətini təmin edən dopamin və norepinefrin hormonları xoşbəxtlik hissi verir. Beyindəki hərəkət ürək döyüntülərini sürətləndirir və insanları bir az tərlədir. Sevginin başlanğıcında və böyüməsində səsin və onun kökünün böyük təsiri var. Beyin hüceyrələrinin əlaqə saxlamasını təmin edən dopamin və norepinefrin hormonları beyində xoşbəxtlik hissi yaradır.

Alimlər sevginin beyindəki hormonal hərəkətlərlə formalaşdığını ifadə edərək, əsrlər boyu “sevgi qəlbin işidir” inancının artıq keçərli olmadığını müdafiə edirlər.

•  İlk nikah yaşı kişilər üçün 26, qadınlar üçün 23 olaraq müəyyən edilib. Kişilər və qadınlar arasında ilk nikahın orta yaşı 3,3-dür.

•  Boşanmalar da 3,3 faiz azalıb. 2011-ci ilin son üç ayında 28370 cütlük boşanıb. Boşanmaların 39,7 faizi evliliyin ilk beş ilində baş verir.

Mənbə: Trthaber
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et