Bu gün:

Albalı şirəsinin faydaları


Yuxusuzluqdan əziyyət çəkənlər albalı şirəsinin sakitləşdirici təsirindən bəhs edir. Bəs, həqiqətən, albalı şirəsinin yuxya faydası varmı? Ümumiyyətlə, albalı şirəsinin nəinki yuxusuzluğa, həmçinin bir sıra faydalır var.

Bəzi klinik tədqiqatlar turş gilasın yuxusuzluğa faydalı olduğunu göstərir. Həmçinin bir çox həkim və dietoloq şirənin bəzən istifadə edildikdə yuxusuzluğu aradan qaldıra biləcəyinə inanır.

Massaçusets Ümumi Xəstəxanasının qidalanma və həyat tərzi psixiatriyasının direktoru Uma Naidunun sözlərinə görə, albalı polifenolların və C vitamininin zəngin mənbəyidir. Nəticədə, iltihabı azaldır və yuxuya kömək edir. Dr. Naidu “This Is Your Brain on Food” kitabında 2018-ci ildə aparılan klinik sınaqdan sitat gətirir ki, bu da albalı suyunun hazırlanmasının tədqiqat iştirakçılarında yuxusuzluğu azaltdığını göstərir.

American Journal of Therapeutics-da nəşr olunan bu randomizə edilmiş, ikiqat kor, plasebo ilə idarə olunan klinik sınağında yuxusuzluqdan əziyyət çəkən xəstələrinin iki kiçik qrupunu sınaqdan keçirdi. Bir qrup 14 gün ərzində səhər və yatmazdan iki saat əvvəl turş albalı suyu içib, oxşar qrup isə eyni saatlarda albalı ətirli plasebo içkisi içib. 14 gün bitdikdən sonra qruplar təcrübənin ilk hissəsində olmayan albalı suyu və ya plaseboya keçdilər və iki həftəlik sınaqları təkrarladılar. Tədqiqatçılar hər 14 günlük mərhələdən əvvəl və sonra bütün iştirakçıların qanını yoxladılar və beyin dalğalarını, göz və ayaq hərəkətlərini, qanda oksigen səviyyəsini, ürək döyüntülərini və tənəffüsü qeydə alan polisomnoqrafiyadan istifadə edərək onların yuxusunu yoxladılar. Nəticələr göstərib ki, albalı suyu içənlər yuxu müddətini orta hesabla 84 dəqiqə artırıb və yuxunun effektivliyini artırıb.

Naidu,-"Bu kiçik bir araşdırma olsa da, albalı suyunun yuxuya kömək etdiyinə dair ilk insan sübutunu təmin etdi".

Mənbə: Habertürk 

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et