Ukrayna ABŞ-yə xəbərdarlıq edərək bildirib ki, silah tədarükünün dayandırılması Rusiyanı müharibəni davam etdirməyə daha da həvəsləndirə bilər.
Kiyevin bu açıqlaması Ağ Evin bəzi silah göndərişlərini müvəqqəti dayandırdığını bildirməsindən sonra verilib. Ağ Evin sözçüsü Anna Kelli qeyd edib ki, bu qərar ABŞ Müdafiə Nazirliyinin hərbi yardım siyasətini yenidən qiymətləndirməsi fonunda ölkənin maraqlarını ön planda tutmaq məqsədilə verilib.
Ukrayna Xarici İşlər Nazirliyi isə bəyan edib: “Ukraynaya müdafiə dəstəyinin gecikdirilməsi və ya dayandırılması yalnız müharibəyə səbəbkar tərəfi, yəni Rusiyanı müharibə və terroru davam etdirməyə təşviq edər, sülhə deyil".
Mənbə: BBC
Tərcümə etdi: Asiman Vəliyeva
