Ağ Evin bildirdiyinə görə, ABŞ Ukraynaya silah tədarükünün bir qismini dayandırıb, çünki Rusiyanın Ukraynaya qarşı müharibəsi daha da şiddətlənib.
Ağ Evin sözçüsü Anna Kelli çərşənbə axşamı bildirib ki, bu qərar Müdafiə Nazirliyinin digər ölkələrə hərbi dəstək və yardım məsələsinə dair apardığı araşdırmadan sonra “Amerikanın maraqlarını ön plana çəkmək” məqsədilə verilib.
ABŞ 2022-ci ilin fevralında Rusiya genişmiqyaslı işğala başladıqdan bəri Ukraynaya on milyardlarla dollar dəyərində hərbi yardım göndərib. Bu da Tramp administrasiyasındakı bəzi şəxslərin ABŞ-nin hərbi ehtiyatlarının çox azaldığına dair narahatlıq səsləndirməsinə səbəb olub.
Ukrayna hökuməti bu açıqlama ilə bağlı hələ şərh verməyib. ABŞ rəsmiləri isə hansı tədarüklərin dayandırıldığını dərhal açıqlamayıblar.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
