Bu gün:

Hər on qadından biri körpəsi ilə əlaqə qurmaqda çətinlik çəkir


Edilən araşdırmaya görə, qadınlar yeni doğulmuş körpələri ilə bağlanmaqda çətinlik çəkirlər. Araşdırma çərçivəsində aparılan sorğuya qatılan qadınların yüzdə 73-ü doğumdan sonrakı ilk həftələrdə səhiyyə işçilərindən heç bir dəstək almadıqlarını bildiriblər.

Mütəxəssislər uşağın sağlam inkişafı üçün ana ilə körpə arasındakı bağa diqqət çəksələr də, doğum edən qadınların təxminən 73 faizi doğuşdan sonrakı ilk bir neçə həftə ərzində körpəsi ilə bağlı heç bir məlumat və ya məsləhət almadıqlarını deyir.

Valideyn-Körpə Fondunun mindən çox ana ilə apardığı sorğuya görə, onların kortəbii olaraq körpəyə bağlanacağına dair geniş yayılmış inanc qadınlar üçün sosial təzyiqdir və onların özlərini günahkar hiss etmələrinə səbəb olur.

Mütəxəssislərə görə, hamiləlik dövründə uşağa bağlanmağa mənfi təsir edən faktorlar arasında ananın fiziki və ruhi sağlamlığı, körpə itkisi kimi keçmiş travmalar var.

Valideyn-Körpə Fondunun prezidenti Tamora Lenqli dedi: “Biz başa düşürük ki, işçilər zamana görə təzyiq altındadır, lakin fiziki sağlamlıqla yanaşı, emosional sağlamlığa nəzarət də normaya çevrilməlidir. Bu problemlə mübarizə aparan valideynlərin mütəxəssis valideyn-uşaq əlaqəsi dəstəyinə ehtiyacı ola bilər. Biz “mükəmməl valideyn” mifinə etiraz etməliyik ki, hamilə qadınlar ehtiyac duyduqlarında kömək istəyə bilsinlər”.

Sorğuda iştirak edən bir qadın sağlam bir hamiləlikdən əvvəl çoxlu hamiləlik itkiləri yaşamasına baxmayaraq, eyni vəziyyəti təkrar yaşayacağı təqdirdə, körpəsi ilə münasibət qurmağın çətin ola biləcəyini söylədi.

Sorğuda iştirak edənlərin 71 faizi hamiləlik dövründə körpəsi ilə əlaqə qurmaq üçün daha çox dəstək istəsə də, 64 faizi antenatal baxım zamanı heç kimin onlarla əlaqə qurmamaq barədə danışmadığını söylədi.

Bristol Universitetindən Andrew Whitelaw qeyd etdi ki, İngiltərədə intihar ana ölümünün ən çox yayılmış səbəbi olduğundan analarda psixiatrik problemlərin müəyyən edilməsinə daha çox diqqət yetirilməlidir.

Mənbə: Sözcü

Tərcümə etdi: Əli Mehdili

Paylaş
Şərh əlavə et