Bu gün:

Xarici İşlər Nazirliyi: ABŞ-nin Suriyaya qarşı sanksiyalarının ləğvini alqışlayırıq


Xarici İşlər Nazirliyinin köməkçisi Kəçəli, ABŞ rəhbərliyinin Suriya ilə münasibətləri normallaşdırmaq üçün güclü iradəsini alqışlayırıq.

Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli X sosial media hesabında ABŞ-nin Suriyaya qarşı sanksiyaların daha bir hissəsini ləğv etməsi ilə bağlı açıqlama yayıb. 

Keçeli, "ABŞ Administrasiyasının Suriya hökuməti ilə əlaqələrini normallaşdırmaq üçün güclü iradəsini alqışlayırıq" deyib.

Keçeli, ABŞ Administrasiyasının Suriya Hökuməti ilə əlaqələrini "normallaşdırmaq" üçün "güclü iradə" nin müsbət qarşılandığını vurğulayaraq, "Bu kontekstdə Suriyaya qarşı sanksiyaların daha bir əhəmiyyətli hissəsinin götürülməsi müsbət haldır" dedi. 

Sözçü Keçeli, Türkiyənin regional və beynəlxalq maraqlı tərəflərlə birlikdə həm dövlət, həm də özəl sektor vasitəsilə Suriyanın yenidən qurulmasına töhfə verməyə davam edəcəyi mesajını verdi.

Mənbə: TRT haber

Tərcümə etdi: Ayşən Səlimova

Paylaş
Şərh əlavə et