Bu gün:

Həkim yuxusuzluğun təhlükəli nəticələrini deyib


"İnsan bəzi məqsədləri naminə yuxunu qurban verməyə qadir olan yeganə canlıdır. Ancaq yuxunu, xüsusən də, uzun müddət məhdudlaşdırmaq bankdan kredit götürməyə bənzəyir: onu zatən geri qaytaracaqsan, üstəlik, faizlə". Bunu Lenta.ru-ya müsahibəsində həkim-somnoloq, tibb elmləri doktoru, professor Roman Buzunov deyib.

Mütəxəssisin fikrincə, yuxusuzluq ilk gündən ən xoşagəlməz təzahürləri verir: insan özünü pis hiss edir, baş ağrıları və halsızlıq olur. İntellektual iş qabiliyyəti əhəmiyyətli dərəcədə aşağı düşür, tez qıcıqlanır, əhval-ruhiyyə azalır.

“Uzun müddət yuxusuzluq immuniteti zəiflədir, bu da yoluxucu xəstəliklərin tezliyinin artmasına səbəb olur, hətta xərçəng riskini artırır. İnsanlarda metabolik proseslər pozulur, bu da piylənməyə və diabetə səbəb olur. Ürək-damar və nevroloji ağırlaşmaların tezliyi artır. Beləliklə, yuxusuzluq nəinki əmək məhsuldarlığını aşağı salır, həm sağlamlığı əhəmiyyətli dərəcədə pisləşdirir, həm də insanların müalicəsi üçün dövlətin xərclərini artırır”, - Buzunov bildirib.

Həkimin sözlərinə görə, yuxusuzluğun daha faciəvi nəticələri sükan arxasında yuxuya getmək nəticəsində baş verən qəzaların artması ilə əlaqələndirilir.

 “Mütəxəssislərin hesablamalarına görə, ildə 5000-ə qədər rusiyalı yol qəzalarında sükan arxasında yataraq ölür. Bu da dövlətə ciddi iqtisadi ziyan vurur”, - deyə somnoloq paylaşıb.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova






Paylaş
Şərh əlavə et