Bu gün:

Kitab oxumaq uşağa nə qazandırır?


Hər bir valideyn övladının kitab oxuyaraq özlərini inkişaf etdirməsini istəyir. Onlar bu mövzuda ekspert rəyləri toplayır və oxumağı sevməyən uşaqlarla necə davranmaq barədə məsləhətləşirlər.

Uşaq böyütmək bütün duyğuları üzə çıxararkən səbir və zəhmət sözlərinin daha ağır olduğunu görürük. Valideynlər övladlarını kitab oxumağa həvəsləndirmək istəyirlər ki, onların sağlam inkişafını tamamlaya bilsinlər və gələcəkdə öyrənməyə açıq olsunlar. Çünki görürlər ki, uşaqlar boş vaxtlarında kitab kimi fəaliyyətlərdən deyil, internet üçün vaxt idarəçiliyindən istifadə edirlər. Uşaqlardan soruşduqda kitab oxumaq zəhmət tələb edən və boş iş kimi görünür. 

Buna görə də mütəxəssislər uşaqla kitab arasındakı bağı gücləndirə biləcək maddələri sadalayıb. Uşağın kitab oxumaqla qazanacağı xeyirlərdən danışan pedaqoqlar, kitab oxumağın uşaqların böyüdükcə ehtiyac duyacağı əsas həyat bacarıqlarının əsasını təşkil edəcəyini qeyd ediblər. 

Oxumaq vərdişi dünya haqqında daha çox məlumatlılıq yaradır, o cümlədən uşağın empatiyasına və təxəyyülünə dəstək rolunu oynayır. Kitab oxuyan uşağın özünə sevgisi və hörməti artdıqca onun həmyaşıdlarına nisbətən öyrənməsi daha asan olur. Hətta cəmiyyəti dərk etməyə, insanı təhlil etməyə də töhfə verdiyi üzə çıxıb.

Mənbə: Yasemin.com

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et