Bu gün:

Möhtəşəm yemək fotoşəkilləri çəkməyin 7 sirri


Yaxşı yemək fotoşəkilləri çəkmək üçün bəzi xırda detalları bilmək kifayətdir.

Məşhur fotoqraf Henri Kartier Bressonun dediyi kimi,-“Şəkil çəkmək baş, göz və ürəyin eyni baxış xəttinə yerləşdirilməsi deməkdir”.

Instagram və ya hər hansı digər sosial mediada yeməyinizin görünüşünü, eləcə də şəklini çəkmək istəyirsinizsə, bir neçə kiçik ipucuna fikir vermək lazımdır. Boşqab qarşınızda olduqda dərhal kamera ilə çəkməyin. Əvvəlcə, boşqabı çevirin və ən yaxşı göründüyü bucağı tapın. Şəkili 45 dərəcə bucaq altında çəkməyə çalışın. Günəş işığı fotoqrafiya üçün ən məhsuldar vaxtdır. Əgər restorandasınızsa, pəncərənin yanında masa götürün. Evdəsinizsə, işığı ən yaxşı şəkildə istifadə edə biləcəyiniz yerə keçin. Pəncərənin kənarına keçsəniz belə, boşqabınızın işıqlı tərəfi daha parlaq, digər tərəfi isə daha qaranlıq olacaq. Bunun üçün sizə ağ reflektor lazımdır. Bu ağ salfet və ya kağız ola bilər. Ağ reflektorunuzu qaranlıq hissəyə qoyun və bir az işıq almasına icazə verin. İşığınız zəifdirsə, flaşdan istifadə edin. Flaşdan istifadə edərkən yeməyin qarşısında işığı yandırmamağa diqqət edin. Fon vacibdir. Çarpıcı bir rəng və ya pis görünən bir detal şəklinizi korlayacaq. Şəkilinizin əsas ideyası boşqabınız olmalıdır.

Mənbə: Hürriyet
Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et