Bu gün:

Pomidorları soyuducuda necə saxlamaq olar?


Şirin və şirəli pomidorlar yeməkləri tamamilə dəyişdirmək gücünə malikdir. Bəs onlar soyuducuda necə saxlanılmalıdır? 


Pomidorlarda aşağı temperaturlara cavab verən, hüceyrə membranlarının parçalanmasına və nəticədə, meyvənin əzilməsinə səbəb olan bir ferment var. Onu da qeyd edək ki, pomidor soyuducuda olan digər qidaların iyini asanlıqla qəbul edə bilir. Təbii ki, bu da keyfiyyətin və dadın azalmasına səbəb olur. Heç vaxt təzə pomidoru soyuducuya qoymamalısınız. Aldığınız pomidorun yetişməsinin və ya yetişməməsinin fərqi yoxdur. Pomidorlarınızı istənilən şəraitdə otaq temperaturunda saxlamalısınız. Pomidorlar tam yetişdikdə və otaq temperaturunda saxlandıqda maksimum dadına çatır. Əvvəlcə soyuq pomidoru, sonra otaq temperaturunda olan pomidoru dadın. Soyuq pomidorun bütün ləzzətinin gizlədildiyini, kənardan yediyiniz pomidorun isə son dərəcə aromatik olduğunu görəcəksiniz. Bundan başqa, əzilmiş pomidordan sous hazırlaya, pizzada istifadə edə və ya digər tərəvəzlərlə bişirə bilərsiniz.


Yumşaldılmış pomidorları bişirmək onların israf edilməsinin qarşısını almağın ən sadə və təsirli üsuludur. Pomidorun yalnız yarısını istifadə edəcəksinizsə, istifadə olunmamış yarısını soyuducuda saxlayın. Çünki çöldə qalan kəsilmiş pomidor qurumağa başlayır. Soyuducudan çıxardığınız zaman istifadə etməzdən əvvəl otaq istiliyinə gəlməsini gözləyin. Mütəxəssislər pomidorun boş yerə sərf edilməməsi üçün yarısını bağlı qabda kəsilmiş tərəfi aşağı baxaraq saxlamağı məsləhət görürlər.


Mənbə: Habertürk

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et