ABŞ müdafiə naziri Pit Heqset İranın üç nüvə obyektinə uğurlu hücum həyata keçirildiyini bildirib.
O deyib ki, əməliyyatlar ordu tərəfindən çox yaxşı yerinə yetirilib. Heqset əlavə edib ki, bu hava hücumunu əvvəlki prezidentlər də etmək arzusunda olublar.
İran tərəfi isə obyektlərin əvvəlcədən boşaldıldığını açıqlayıb. İranın dövlət televiziyasının siyasi direktor müavini Həsən Abedini bildirib ki, zərbələr ciddi təsir göstərməyib, çünki materiallar öncədən çıxarılıb.
Mənbə: BBC News
Tərcümə etdi: Zeynəb Yunuszadə
