Tramp İranın üç ayrı nüvə obyektinə edilən hücumdan sonra keçirdiyi mətbuat konfransında bildirib: “İranın əsas nüvə zənginləşdirmə obyektləri tamamilə məhv edilib".
İsraillə birlikdə bu hücumun təşkil olunduğunu qeyd edən Tramp deyib:“İran sülhə gəlməyə məcburdur. Əgər bu baş verməsə, növbəti hücumlar daha da ağır olacaq".
“Bizim məqsədimiz İranın nüvə zənginləşdirmə potensialını məhv etmək və dünyanın bir nömrəli terroru dəstəkləyən dövlətinin yaratdığı nüvə təhdidini dayandırmaq olub, " - deyə bildirən Tramp, bu gecəki hücumları “möhtəşəm uğur” kimi qiymətləndirib.
Tramp İsrail Baş naziri Netanyahuya və İsrail ordusuna dəstəklərinə görə təşəkkür edərək əlavə edib:
“Bu gecəki hücum indiyə qədər olanların ən çətini, açıq şəkildə və bəlkə də ən ölümcülü olub. Amma əgər dərhal sülh əldə olunmasa, digər hədəflərə sürətlə, dəqiqliklə və bacarıqla yönələcəyik".
O, bu hücumu dünyada həyata keçirə biləcək başqa heç bir ordunun olmadığını deyərək əlavə edib:
“Tanrını sevdiyimizi və böyük ordumuzun bizi qoruduğunu demək istəyirəm. Tanrı Orta Şərqi, Tanrı İsraili və Tanrı Amerikanı qorusun".
Tramp Truth Social hesabında son paylaşımında isə belə yazıb:
“İranın Amerika Birləşmiş Ştatlarına qarşı atacağı hər hansı cavab tədbiri, bu gecə şahidi olduğunuz hücumdan daha böyük güclə qarşılanacaq".
Mənbə: TRT Haber
Tərcümə etdi: Ayxan Cəfərov
