Bu gün:

İranın HƏMAS-la hərbi əlaqələrinin koordinatoru olan şəxs öldürülüb


İsrail 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna edilən HƏMAS hücumunun planlaşdırılmasında iştirak edən yüksək rütbəli iranlı komandirin, Səid İzadinin şənbə günü Qum şəhərinə endirilən zərbə nəticəsində öldürüldüyünü bildirib.

İsrail Müdafiə Qüvvələri (IDF) bu hadisəni münaqişədə mühüm dönüş nöqtəsi adlandırıb. IDF-nin rəhbəri Eyal Zamir deyib ki, İzadi “hücumun təşkilatçılarından biri olub”. Həmin hücum nəticəsində təxminən 1.200 nəfər həlak olub və çox sayda insan Qəzzaya girov aparılıb.

“O, minlərlə israillinin qanına bais olub”,– deyə Zamir şənbə günü bildirib və bu hadisəni “böyük kəşfiyyat və əməliyyat uğuru” adlandırıb.

İran hələlik İzadinin öldürülməsini təsdiqləməyib və daha əvvəl HƏMAS-ın hücumunda iştirakını inkar edib.

IDF bildirib ki, İzadi şənbə günü səhər saatlarında Tehranın cənubunda yerləşən Qum şəhərindəki bir mənzilə endirilən zərbə nəticəsində öldürülüb. O, İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin Fələstin Korpusuna rəhbərlik edib və Fələstin silahlı qrupları ilə əlaqələrin qurulmasına cavabdeh idi.

İsrail ordusunun məlumatına görə, o, HƏMAS-ın silahlandırılması və maliyyələşdirilməsində əsas rol oynayıb və İran İnqilab Keşikçilərinin yüksək rütbəli komandirləri ilə HƏMAS liderləri arasında hərbi əlaqələndirməni həyata keçirib.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et