ABŞ prezidenti Donald Trampın İranı vurmaq qərarını öz təşəbbüsü ilə iki həftəlik gecikdirməsi İsraildə çaşqınlıq və ehtimallar doğurub.

İsrailin bəzi yüksək rütbəli rəsmiləri ABŞ-nin hərbi müdaxiləsini açıq şəkildə dəstəkləyiblər. Bu cür dəstək münaqişəni qısalda və İsrailin uzun müddətdir “balistik raketlərlə silahlanmış" şəkildə qəbul etdiyi məhv edici təhlükəni aradan qaldıra bilər.
İsrailin sabiq müdafiə naziri Yoav Gallant CNN-ə müsahibəsi zamanı bildirib :
“Biz inanırıq ki, Amerika Birləşmiş Ştatları və onun prezidenti bölgənin müsbət istiqamətə getməsinə və dünyanın nüvə silahına sahib olan İrandan azad olmasına zəmanət verməlidir".
Ancaq Trampın bu yeni vaxt cədvəlindən sonra İsrailin siyasi liderləri artıq açıqlamalarda daha ehtiyatlı davranır, ABŞ prezidentini uzun müddətdir qaçmaq istədiyi Yaxın Şərq münaqişəsinə sürükləməkdə ittiham olunmaq istəmirlər. Netanyahu və digərləri indi ABŞ-nin potensial müdaxiləsinin faydalarını tərifləyir, lakin birbaşa çağırış etmirlər.
CNN bu kritik məqamda İsrail rəhbərliyinin vəziyyətə necə yanaşdığını öyrənmək üçün bir neçə yüksək səviyyəli israilli rəsmi ilə danışıb.
Mənbə:CNN
Tərcümə etdi:Rəna Qarayeva
