İranın xarici işlər naziri Abbas Erakçi, bombardman altında olarkən ABŞ-la danışıqlara gedə bilməyəcəklərini ifadə edərək, "Təəssüf ki, ABŞ-nin da bu təcavüzə qoşula biləcəyini eşitdik. Bu, çox acınacaqlı bir vəziyyət olardı. Bunun hamı üçün çox, çox təhlükəli olacağına inanıram" deyib.

Erakçi İstanbulda xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (DBK) 51-ci sessiyası öncəsi mətbuata açıqlamalar verib.
İyunun 15-də ölkəsinin ABŞ ilə danışıqların 6-cı raundunu keçirməsinə iki gün qalmış “İsrailin İrana hücum etmək qərarına gəldiyini” qeyd edən Erakçi, “Aydındır ki, diplomatiyaya qarşıdırlar, bu məsələnin sülh yolu ilə həllini istəmirlər, 2015-ci ildəki kimi danışıqlar yolu ilə həllə qəti şəkildə hazırıq”.
İranın ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə və Almaniyadan ibarət P5+1 ölkələri ilə 2015-ci ildə əldə etdiyi razılaşmanı xatırladan Erakçi, "Bu, iki illik danışıqların nəticəsi idi və biz müqaviləni imzalayanda bütün dünya bunu qeyd etdi" deyib.
Diplomatiyanın əhəmiyyətinə diqqət çəkən Erakçi, "Deməli, bu, diplomatiyanın işləyə biləcəyi anlamına gəlir. Keçmişdə də işləyə bilər, gələcəkdə də işləyə bilər, amma təcavüzə son qoyulmalıdır ki, diplomatiyaya qayıda bilək" deyib.
Mənbə:TRT haber
Tərcümə etdi:Ayşən Səlimova
