Tulsi Qabbard bildirib ki, İran “bir neçə həftə ərzində” nüvə silahı istehsal edə bilər. Halbuki bir neçə ay əvvəl Konqres qarşısında verdiyi ifadədə ölkənin belə silahlar hazırlamadığını bildirib.
ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin direktoru onun mart ayında verdiyi ifadənin, yəni İranın nüvə materiallarına malik olduğu, lakin silah hazırlamadığı barədə dediklərinin media tərəfindən kontekstdən çıxarıldığını bildirib.
Qabbard-ın fikrini dəyişməsi, Donald Tramp-ın onu "yanılır" deyə tənqid etməsindən sonra baş verib. Tramp deyib ki, kəşfiyyat məlumatlarına görə İranın çoxlu nüvə materialı var və o, bir neçə aya nüvə silahı hazırlaya bilər.
İran isə həmişə bildirib ki, onun nüvə proqramı tamamilə dinc məqsədlidir və heç vaxt nüvə silahı hazırlamaq niyyəti olmayıb.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
