İsrailin müdafiə naziri İsraël Kac 19 iyun tarixində kəskin bəyanat verərək İranın ali lideri Əli Xameneini öldürməyə çağırıb. Nazir bildirib ki, İran siyasətçisinin «daha artıq yaşamağa haqqı yoxdur». Onun sözlərinə görə, bu bəyanat İrandan İsrailin cənubunda yerləşən hərbi xəstəxana “Soroka”ya raket hücumu edildikdən sonra səslənib.

Təl-Əviv yaxınlığında jurnalistlərə açıqlama verən Kac Xameneini mülki obyektlərin bombalanması əmrində şəxsən günahlandırıb:
«O, İsraili xəritədən silmək arzusundadır. O, xəstəxanaları bombalamaq əmrini verir. Belə bir insan yaşamalı deyil».
İran İnqilab Keşikçiləri Korpusu (KİSİR) isə bildirib ki, İran İsrailin mərkəzi komanda və kəşfiyyat obyektinə (hərbi rejim adlandırılıb) hücum edib, xəstəxananın yaxınlığında yüksək dəqiqlikli zərbə endirilib. Dövlət agentliyi IRNA bu məlumatı yayıb:
«Bu əməliyyat zamanı İsrail rejiminin ordusunun komanda və kəşfiyyat mərkəzi (xəstəxananın yaxınlığında) yüksək dəqiqlikli zərbə ilə vurulub».
Kacın Xameneinin aradan götürülməsi çağırışı dönüş nöqtəsi oldu: İsrail mövqeyi ehtiyatlılıqdan açıq siyasi sui-qəsd müzakirələrinə keçib. ABŞ rəsmilərinin bildirdiyinə görə, Təl-Əviv yaxınlarda Xameneinin aradan götürülməsi planını təqdim edib. Lakin ABŞ Prezidenti Donald Tramp bu əməli əmrə mane olub:
«Biz onun harda olduğunu dəqiq bilirik. O, asan hədəfdir, amma biz hələ ona toxunmadıq».
President sosial şəbəkələrdə İrandan «şərtsiz təslim olma» tələb edib və mülki sakinlərə və ABŞ hərbçilərinə hücumların dayanmasını istəyib. O, vurğulayıb ki, ABŞ siyasi liderləri hədəf almayacaq, ancaq onlar Amerikaya birbaşa hücum etsələr, o zaman bu haqda düşünə bilər:
«Siz liderləri öldürməyi başlatmazsınız, onlar sizin adamlarınızı öldürməyincə».
Əvvəl Xamenei İsrail rəhbərliyinə «qisas» vəd edib, lakin İran tərəfdən Binyamin Netanyahunun və ya onun ətrafının öldürülməsi ilə bağlı açıq çağırış olmayıb.
İraqın ali şiə dini lideri Əli Sistani də Xameneinin öldürülməsinin qarşısını almağa çağırıb. Onun sözlərinə görə, bu addım bütün bölgəni xaosa sürükləyə bilər:
«Bu, xalqların əzabını dərinləşdirər və bütün tərəflərin, o cümlədən İranın da maraqlarını zədələyər».
Mənbə: Trt global
Tərcümə etdi: Fatimə Umarbəy
