Bu gün:

İrandan İsrailə yeni hücum


İrandan atılan raket İsrailin cənubundakı Birussebi şəhərinə düşüb. Təl-Əvivdə sirenlər eşidilib. İsraillilər sığınacaqlara qaçıblar.

İranın raket hücumu ilə əlaqədar xüsusilə İsrailin cənubundakı Birussebi şəhərində və ətraflarında hücum həyəcanı təbili çalınıb. İsrail ordusu daha sonra qruplarının zərbə xəbəri aldığı nöqtədə işlədiyini açıqlayıb.

İsrail polisinin sözçüsü tərəfindən edilən açıqlamada, raketin Birussebi şəhərinə düşdüyü yerdə polis qruplarının və bomba zərərsizləşdirmə mütəxəssislərinin çalışdığı bildirilib.

Sosial mediada paylaşılan görüntülərdə çoxlu avtomobil və bəzi binaların zədələndiyi görülüb.

Yerli mənbələrdən “Yediot Ahranot” qəzetinin verdiyi məlumata görə, raket yaşayış massivindəki dayanacağa dəydikdə yerdə dəlik yaranıb və bir çox avtomobil yanıb.

“Haaretz” qəzeti ordudakı mənbələrə istinadən yazıb ki, hava hücumundan müdafiə sistemləri İrandan atılan raketi ələ keçirə bilmir və insident araşdırılır.

İsrailin fövqəladə hallar xidmətləri ilkin məlumatlara görə, raketin vurulması nəticəsində 6 nəfərin yüngül xəsarət aldığını bildirib.

Sosial mediada raketin vurulduğunu, bir nöqtədə yanğının başladığını və qara tüstünün qalxdığını göstərən görüntülər paylaşılıb.


Mənbə: TRT haber

Tərcümə etdi: Ayşən Səlimova

Paylaş
Şərh əlavə et