Bu gün:

Tramp İran hücum planını təsdiqləyib


Donald Tramp İrana hücum planlarını təsdiqləyib, lakin ölkəyə zərbə endirib-endirməmək barədə yekun qərar verməyib, BBC-nin ABŞ-dakı tərəfdaşı CBS xəbər verib.CBS-ə danışan yüksək səviyyəli kəşfiyyat mənbəsinin sözlərinə görə, ABŞ prezidenti zərbələri təxirə salıb ki, bəlkə İran nüvə proqramından imtina etməyə razılaşar.

Trampın hazırda İranın yeraltı uran zənginləşdirmə müəssisəsi olan Fordoya hava zərbəsi endirməyi nəzərdən keçirdiyi bildirilir.

İranın Ali Dini Lideri Ayətullah Əli Xamenei çərşənbə günü Trampın qeyd-şərtsiz təslim olma tələblərini rədd edib. ABŞ prezidenti isə bildirib ki, səbrinin sonuna çatıb.

Çərşənbə günü Tramp ABŞ-ın İrana qarşı hərbi iştirakına dair verilən suala belə cavab verib: “Bunu edə bilərəm, bəlkə də etmərəm”.



Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov


Paylaş
Şərh əlavə et