Bu gün:

İran İsrailə yeni raket zərbəsi endirib


İsrail Müdafiə Qüvvələri (IDF) İrandan atılan raketlərin aşkar edildiyini və bütün İsraildə sirenlərin çalındığını elan edərək, insanları bomba sığınacaqlarına köçməyə və "sonrakı xəbərdarlığa qədər" orada qalmağa çağırıb.

İsrailin "Yedioth Ahronoth" qəzeti hava hücumundan müdafiə sistemlərinin İrandan atılan raketləri ələ keçirməyə çalışdığını yazıb.

Hesabatda İrandan İsrailə 20-dən çox raket atıldığı və raketlərin ölkənin mərkəzi və cənubunda ən azı 4 nöqtəyə düşdüyü bildirilib.

Raketlərin birbaşa olaraq paytaxt Təl-Əviv, mərkəzdə Ramat Qan və Holon, cənubda Birüssebi (Berşeva) şəhərində bəzi binalara düşdüyü, Birüssebi hədəf alan raketin isə Soroka xəstəxanasına düşdüyü bildirilib.

Yerusəlim və Təl-Əvivdə şiddətli partlayışlar eşidilib. AFP-nin məlumatına görə, Yerusəlimdə səhər saat 7:10 radələrində eşidilən partlayışlar münaqişə başlayandan bəri ən böyük partlayış olub.

Mənbə:TRT haber

Tərcümə etdi:Ayşən Səlimova

Paylaş
Şərh əlavə et