Bu gün:

Trampın İran məsələsindəki tərəddüdü onun yaxın çevrəsində ciddi fikir ayrılığı yaradıb


ABŞ-nin İsraillə birgə İrana hücum edib-etməməsi və ya ümumiyyətlə bu hücumdan kənarda qalması dilemması Prezident Donald Trampın tərəfdarları arasında fikir ayrılığı yaradıb.Respublikaçı prezident çərşənbə axşamı Ağ Evdə Təhlükəsizlik Şurası ilə keçirdiyi görüşdən sonra İran İslam Respublikasının nüvə obyektlərini hədəfə almaq məsələsini nəzərdən keçirib.

Seçki kampaniyası zamanı Tramp tez-tez Yaxın Şərqdəki "mənasız və davanlı müharibələrə" qarşı çıxsa da, eyni zamanda bildirib ki, İran “nüvə silahına sahib ola bilməz”.

İndi isə ABŞ-nin daha bir xarici münaqişəyə cəlb olunma ehtimalı Trampın partiyasında təcrid siyasətini dəstəkləyənlər və müharibə tərəfdarları arasında ciddi qarşıdurmaya səbəb olub.

İranın nüvə planlarına şübhə ilə yanaşanlardan biri Trampın Milli Kəşfiyyat direktoru Tulsi Qabbard olub. O, mart ayında Konqres qarşısında çıxışında qeyd edib ki, İranın zənginləşdirilmiş uranı rekord səviyyəyə çatsa da, ekspertlər hesab edir ki, ölkə hələ nüvə silahı hazırlamır.

İsrailin İrana qarşı hücumlara başlamasından cəmi üç gün əvvəl, yəni 10 iyun tarixində Qabbard video paylaşaraq xəbərdarlıq edib ki, "siyasi elita və müharibə tərəfdarları" ehtiyatsız şəkildə qorxu və gərginlik yaratmaqla dünyanı "nüvə məhvi astanasına" sürükləyirlər.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et