Almaniya, Fransa və İngiltərə İrana nüvə ilə bağlı dərhal danışıqlara başlamağı təklif edib. Almaniya xarici işlər naziri Yohann Vadeful deyib ki, münaqişənin dinc yolla həlli üçün İranın nə bölgəyə, nə İsrailə, nə də Avropaya təhlükə yaratması vacibdir.
Vadeful əlavə edib ki, İsrailin məqsədi İran rejimini devirmək deyil, əsas məsələ nüvə silahlanmasının qarşısını almaqdır. İran isə danışıqları gecikdirir. O, həmçinin İranın İsraili məhv etmək niyyətində olduğunu və İsrailin özünü müdafiə hüququnu vurğulayıb.
Almaniya kansleri Fridrix Mers isə İranın heç vaxt nüvə silahına sahib olmamalı olduğunu bildirib. Mers Oman sultanı Heysəm bin Tarik bin Teymur Əl Səid ilə danışıqlarında münaqişənin genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb və Oman tərəfinin vasitəçilik səylərinə təşəkkür edib.
Mənbə: CNN
Tərcümə etdi: Ətirə İbayeva
