Prezident Tramp'ın İsrail-İran münaqişəsi ilə bağlı açıqlamaları birmənalı olmayıb. O, bəzi hallarda İsrailin hücumlarını tam dəstəkləyib, bəzən isə onlardan açıq şəkildə məsafə saxlayıb, lakin sonradan yenidən dəstəyini ifadə edib.
Döyüşlərin gərginləşdiyi bir vaxtda Tramp'ın qeyri-müəyyən mövqeyi vəziyyəti daha da dolaşıq edib. Bu isə, xüsusilə, onun Kanadada keçirilən G7 sammitini vaxtından əvvəl tərk etməsi fonunda daha çox diqqət çəkib.
Tramp sadəcə olaraq Vaşinqtona “böyük işlər” üçün qayıtdığını deyib.
Ağ Ev isə onun ayrılmasının “Yaxın Şərqdə baş verənlərlə” bağlı olduğunu açıqlayıb, lakin Tramp sonradan Truth Social platformasında bunun “atəşkəslə heç bir əlaqəsi olmadığını” bildirib.
İsrailin əvvəlki Baş naziri Benyamin Netanyahu hücumların ABŞ ilə “tam razılaşdırıldığını” bildirib.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
