Bazar günü etirazçılar Barselonanın mərkəzindən keçərkən onları çəkən turistlərə “Evə get!” deyə qışqırıblar.
Küçə kafelərində oturan təəccüblənmiş cütlüklər su tapançası ilə isladılıb, lüks geyim mağazasının isə içində gizlənən turistlərə qarşı yapışqan vərəqlər yapışdırılıb.

Turizm İspaniya üçün çox önəmlidir, Barselona isə turistlərin ən çox getdiyi yerlərdən biridir. Amma turistlərin sayı o qədər sürətlə artır ki, yerli sakinlər öz şəhərlərində sıxışdırıldıqlarını deyirlər.
Burada və Cənubi Avropanın digər məşhur yerlərində sakinlər turizmə qarşı çıxırlar.
Marina öz plakatını tutaraq toplananlara deyib: “Biz bu şəhərdə yaşaya bilmirik. Kirayələr çox yüksəkdir, çünki AirBnB-lər və havanın yaxşı olması üçün gələn xaricilər buradadır".
Plakatda yazılıb: “Sənin AirBnB-in mənim evim idi.”
Başqa lövhələr böyük kruiz gəmilərinin qadağan olunmasını tələb edir, birində isə həddindən artıq turizmin şəhəri “öldürdüyü” yazılır.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
