Bu gün:

Tramp Xameneyinin öldürülməsi ideyasını dəstəkləməyib


ABŞ prezidenti Donald Tramp İranın ali rəhbəri Ayətullah Əli Xameneyini öldürmək planını rədd edib.Məlumata görə, Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya bildirib ki, Xameneyinin öldürülməsi “yaxşı fikir deyil”. Prezident bu məlumatla bağlı ictimai şəkildə heç bir açıqlama verməyib.

Bu danışığın İsrailin cümə günü İrana hücumundan sonra baş verdiyi bildirilir.

Fox News-a verdiyi müsahibədə Netanyahu Reuters-in Trampın Ayətullahın öldürülməsi planını veto etməsi ilə bağlı xəbərini nə təsdiqləyib, nə də təkzib edib.

Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et