Bu gün:

İranın nüvə bombası hazırlamasına bir neçə ay qalıb?


İsrail İranda onlarla hədəfə zərbələr endirib, Natanzdakı uran zənginləşdirmə zavoduna ziyan vurub və Tehranda yüksək rütbəli hərbi komandirləri və nüvə alimlərini öldürüb.

Cümə axşamı gecə həyata keçirilən ilk hücumlardan sonra İranın xarici işlər naziri İsrailin ölkəsinin “sülh məqsədli nüvə obyektlərinə” qarşı bu hücumlarını “məsuliyyətsiz” adlandıraraq qınayıb. İran isə cavab olaraq İsrailə hava zərbələri endirib.

Abbas Əraqçi bildirib ki, Natanz zavodu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında fəaliyyət göstərib və həmin obyektə hücum “radiasiya fəlakəti”nə səbəb ola bilərdi.

Lakin İsrailin Baş naziri Benyamin Netanyahu bu əməliyyatın “İranın İsrailin varlığına olan təhlükəsini aradan qaldırmaq” üçün zəruri olduğunu deyib.

Onun sözlərinə görə, əgər qarşısı alınmasa, İran çox qısa müddətə nüvə silahı istehsal edə bilər.

“Ola bilər bir il ərzində, ola bilər bir neçə aya",– deyə xəbərdarlıq edib.

İsrailin nüvə silahına sahib olduğu geniş şəkildə düşünülür, lakin rəsmi olaraq bu barədə nə təsdiq, nə də təkzib verilir.

Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et