İsrailin cümə günü həyata keçirdiyi hücumlarla bağlı bəyan etdiyi əsas məqsəd İranın nüvə imkanlarından qaynaqlanan “mövcudluq üçün təhlükə”ni aradan qaldırmaq olsa da, Benyamin Netanyahu daha geniş bir hədəf güdür – Tehranda rejim dəyişikliyi.
Bu ssenariyə görə, o ümid edə bilər ki, görünməmiş bu hücumlar bir zəncirvari reaksiya doğuracaq və nəticədə İslam Respublikasının devrilməsi ilə nəticələnəcək narazılıqlara səbəb olacaq.
Netanyahu cümə axşamı axşam verdiyi açıqlamada belə demişdi: “İran xalqının artıq öz bayrağı və tarixi irsi ətrafında birləşərək bu şər və zalım rejimə qarşı azadlığı uğrunda ayağa qalxmasının vaxtı çatıb".
Bir çox iranlılar ölkədəki iqtisadi vəziyyətdən, söz azadlığının olmamasından, qadın hüquqlarının və azlıqların hüquqlarının pozulmasından narazıdır.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
