Bu gün:

Depressiya yuxusuzluğa səbəb olur?


Depressiyaya düşdüyünüz zaman yatmaq da bir o qədər çətinləşir. Özünüzü nə qədər yorğun hiss edirsinizsə, depressiya ilə mübarizə aparmaq bir o qədər çətindir. Bəs yuxu pozğunluğu və depressiya arasındakı əlaqə haqqında bilinməli olan şey nədir?

Depressiyadan əziyyət çəkən insanların təxminən 80%-i yuxu pozğunluğu yaşayır. Bəziləri yuxuya getməkdə çətinlik çəksə də, bəziləri çox yatır.

Həm depressiya, həm də yuxusuzluq beyindəki kimyəvi maddələrlə bağlıdır. Uzun illər tədqiqatçılar hansının birinci gəldiyini araşdırıblar: depressiya, yoxsa yuxusuzluq. Aydındır ki, bu ikisi çox vaxt eyni anda baş verir.

Amerika Yuxu Təbabəti Akademiyası müalicə təminatçılarını yuxusuzluğa yalnız depressiya əlaməti kimi baxmaqdan fərqli olaraq, onun ayrıca bir vəziyyət kimi müəyyən edilməsinin lazım olub-olmamasına diqqət yetirməyə səsləyir.

Depressiya və yuxu pozğunluqları müalicə olunmazsa, fiziki sağlamlığınıza zərər verə bilər. 2010-cu ildə aparılan bir araşdırma isə yuxusuzluqdan əziyyət çəkənlərin ölüm riskinin daha çox olduğunu göstərdi. Depressiya qan damarlarını daralda bilər ki, bu da ürək xəstəliyi riskinizi artıra bilər.

Yaxşı yuxu isə daha sağlam olmağınızda böyük rol oynayır.

Mənbə: Verywellmind

Tərcümə etdi: Gülay Orucova 

Paylaş
Şərh əlavə et