Bu gün:

İtaliya haqqında bilinməyənlər


İtaliya, illərdir ki, xaricə səyahət dedikdə ağla gələn ilk ölkələrdən biridir. Əslində, Avropanın ən çox ziyarət edilən ikinci ölkəsidir. Tarixi abidələri və muzeyləri ilə sənət qoxuyan bu ölkənin maraqlı cəhətləri də var.


Venesiyada bütün qondolalar qara rəngə boyanmalıdır. Bunun səbəbi ilə bağlı çoxlu müxtəlif nəzəriyyələr var. 



Əgər İtaliyada ziyarət etdiyiniz bir evdə makaron verilirsə, boşqabda qalan makaron sousu mümkünsə çörəklə sıyırılmalıdır. 


• 2008-ci ildə ölkədə keçirilən Üzüm festivalında edilən səhv ucbatından qısa müddət ərzində bütün kranlardan şərab axdı.
• İtaliya əhalisinin üçdə biri heç vaxt internetdən istifadə etməyib.
• İtaliya mafiyası İtaliya iqtisadiyyatının 7%-ni təşkil edir. 

• Çəngəllərdən istifadə ilk dəfə İtaliyada tətbiq edilib.
• İtaliyanı gəzərkən Stendhal Sindromuna tutula bilərsiniz.
• Bənövşəyi İtaliyada bədbəxt sayılır.
• İtaliyada hava şəraitinə görə iş saatları Siesta saatlarına uyğun qurulur.

• İtaliyada punktual və şık olmaq çox vacibdir. Xüsusilə iş müsahibələri vaxtında və mümkün qədər zərif şəkildə aparılmalıdır.
• İtalyanlar yüksək səslə və bədən dili ilə danışmağı xoşlayırlar. Onların öz işarə dili var. Çoxlarının nifrət etdiyi kimi, toxunaraq danışırlar.


Mənbə: Onedio.com
Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et