Bu gün:

İran İnqilab Keşikçiləri Korpusunun rəhbəri İsrail tərəfindən öldürülüb


İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami İsrailin cümə günü səhər saatlarında həyata keçirdiyi hücumlar nəticəsində həlak olub. O, bu hücumlar zamanı həlak olan ən yüksək rütbəli İran rəhbəridir.65 yaşlı Səlami İranın rəqiblərinə, o cümlədən İsrail və ABŞ-yə qarşı sərt mövqeyi ilə tanınırdı. Cəmi bir ay əvvəl o, əgər Tehran hücuma məruz qalarsa, “cəhhənnəm qapılarını açacaqlarını” bildirmişdi.

İsrail nüvə obyektlərini, ballistik raket zavodlarını və hərbi komandirləri hədəfə aldığını bildirərək İrana qarşı genişmiqyaslı hücumlar həyata keçirib. ABŞ Prezidenti Donald Trampın mümkün nüvə razılaşması ilə bağlı danışıqları pozmamaq barədə xəbərdarlığına baxmayaraq, İsrail bu addımı atıb.

Tehran hücumlara görə İsrail və – müdaxilədə iştirakını inkar edən – ABŞ-nin “ağır bədəl ödəyəcəyini” bəyan edib. Bu isə onsuz da gərgin olan regionda tammiqyaslı müharibənin başlama ehtimalını artırır.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et